Tarix: 11.09.2024 / 17:43
Azərbaycan Gürcüstan iqtisadiyyatına  nə qədər sərmayə   yatırıb?

Azərbaycan Gürcüstan iqtisadiyyatına nə qədər sərmayə yatırıb?

2024-cü ilin II rübündə Gürcüstana birbaşa xarici investisiyalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,3% artaraq, 574,3 milyon ABŞ dollar təşkil edib.

Diaspora.TV xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

2024-cü ilin II rübündə nizamnamə kapitalı 101,0 mln ABŞ dolları təşkil edib.

Bu, ümumi birbaşa xarici investisiyaların 17,6%-ni təşkil edir. Yenidən investisiya - 451,3 mln ABŞ dolları və onun payı 78,6% müəyyən edilib.

Ölkəyə yatırılan investisiyaların həcminə görə, 266,7 milyon ABŞ dolları ilə Böyük Britaniya siyahıda birinci yerdədir ki, bu da ümumi birbaşa xarici investisiyaların 46,4%-ni təşkil edir. Sonrakı yerlər, Yaponiya - 59,2 milyon ABŞ dolları (10,3%), Malta – 37,9 milyon ABŞ dolları (6,6%), Azərbaycan - 23,7 milyon ABŞ dolları (4,1%) və Çexiya - 20,9 milyon ABŞ dolları (3,6%). Ən böyük sərmayədar üç ölkənin payı investisiyaların ümumi həcminin 63,3%-ni təşkil edir.








Şərhlər

Yaz...