Tarix: 12.09.2024 / 15:20
 "Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi"    keçirilir

"Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi" keçirilir

Şəki Olimpiya İdman Kompleksində “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi”nin açılış mərasimi keçirilib.

Diaspora.TV Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Gürcüstan Respublikasının Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən baş tutan tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin Gənclər məsələləri şöbəsinin müdiri İakinte Çxartişvili çıxış edərək düşərgənin işinə uğurlar arzulayıb, iki ölkə arasında olan sıx dostluq əlaqələrindən bəhs ediblər.

Düşərgənin keçirilməsində məqsəd qeyri-formal təhsil alətləri ilə gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək və mədəniyyətlərarası dialoqun aparılmasını dəstəkləməkdir.

Qeyd edək ki, 5 gün davam edəcək düşərgədə gənclərə peşəkar təlimçilər tərəfindən interaktiv seminarlar, master-klaslar təqdim olunacaq. Düşərgədə hər iki ölkəni təmsil edən 120-yə yaxın gənc iştirak edir.


Şərhlər

Yaz...