Tarix: 08.11.2024 / 09:08
Azərbaycan əsilli Norveç gəncləri COP29 İqlim Sammitində  iştirak edəcəklər

Azərbaycan əsilli Norveç gəncləri COP29 İqlim Sammitində iştirak edəcəklər

Hər il dünya ölkələri iqlimə uyğunlaşma və iqlim dəyişikliyinə həll yolları tapmaq üçün sammitdə bir araya gəlirlər. Bu il COP29 iqlim sammiti 2024-cü il noyabrın 11-dən 22-dək Azərbaycanda, Bakı şəhərində keçiriləcək.

Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlılarının sosial media platforması məlumat yayıb.

NAYO-nun rəhbərliyi, idarə heyəti və yerli təşkilatlarından ibarət 6 nəfər COP29 sammitində iştirak etmək, iqlim sahəsində maariflənmək və təcrübə toplamaq üçün Azərbaycana səfər edəcək.

NAYO COP29 tədbirində iştirakdan sonra BMT-nin İqlim Dəyişiklikləri Konvensiyası ilə bağlı seminarlar və kurslar təşkil etməyi planlaşdırır. Bu konvensiya insan tərəfindən törədilən iqlim dəyişikliklərinin qarşısını almaq və onları məhdudlaşdırmaq məqsədi daşıyan beynəlxalq və hüquqi bağlayıcı razılaşmadır. NAYO üzvləri və Norveçdəki gənclər, o cümlədən Oslo və Bø-dəki orta məktəblər və könüllü təşkilatlarla təcrübə və biliklərini paylaşacaq.


Şərhlər

Yaz...