Tarix: 26 İyul 2024 18:19 | Baxış sayı: 2695
Azərbaycanəsilli məşhur yazıçı    vəfat etdi

Azərbaycanəsilli məşhur yazıçı vəfat etdi

Azərbaycanəsilli məşhur yazıçı dünyasını dəyişib.

Diaspora.TV türk mediasına istinadən xəbər verir ki, yazıçı Afşar Timuçin 84 yaşında vəfat edib.

Qeyd edək ki, Əfşar Timuçin 1939-cu ildə Manisanın Akhisar bölgəsində anadan olub. Əsli Bakı və Batumdan olan Timuçin, ata tərəfdən azərbaycanlı, ana tərəfindən isə gürcüdür.

Əfşar Timuçin kimdir?

Əfşar Timuçin Ali təhsilinə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Fransız dili və ədəbiyyatı bölməsində başlayıb. 1967-ci ildə təhsilini başa vurmaq üçün Kanadaya gedib.1967-ci ildə Monreal Universitetinin fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə isə İstanbul Universitetində doktorluq dərəcəsini tamamlayıb.

O, 1968-1970-ci illərdə fransız müəllimi kimi çalışıb. 1974-2002-ci illərdə Memar Sinan Gözəl Sənətlər Universitetində Fəlsəfə, Estetik, Folklor, İncəsənət Tarixi və Xalq Ədəbiyyatı fənlərindən dərs deyib. O, 1981-ci ildə dosent, 1992-ci ildə professor elmi adını alıb. Bir müddət Kocaeli Universitetində Fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışıb. 2006-cı ildə Kocaeli Universitetindən təqaüdə çıxıb.

Əfşar Timuçinin şeirləri Ataç, Günde, Milliyet Sanat, Papirüs, Soyut, Yazko, Yelken, Yeni Kitaplar, Yeni Ufuklar, Varlık jurnallarında dərc olunub.



Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır