Tarix: 30 Sentyabr 2024 20:41 | Baxış sayı: 292
Azərbaycanlı jurnalist "Mtavari Arxi" telekanalından   istefa verdi

Azərbaycanlı jurnalist "Mtavari Arxi" telekanalından istefa verdi

"Çətin və eyni zamanda çox məsuliyyətli bir qərar verməli oldum. Bu gün jurnalist kimi gözümün önündə doğulan əsas Mtavari Arxi ilə vidalaşdım".

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, bu barədə jurnalist, "Vahid Milli Hərəkat" partiyasının deputatlığa namizədi Ceyhun Narzalov (Məhəmmədəli) sosial media hesabında qeyd edib.

O bildirib ki, bundan sonra siyasi məkana keçib, ölkənin rifahı və Avropalı gələcəyi üçün digər platformadan mübarizə aparacaq:

"Bundan sonra Birlik-Vahid Milli Hərəkat sıralarında və parlament siyahısında olmaq mənim üçün böyük şərəfdir. Bu nöqtəyə çatmaq üçün çətin və eyni zamanda maraqlı bir yol keçdim. Həyatın sınaqlarından mən böyük ictimai məkana gəldim, orada ədalət və vətənin inkişafı üçün mübarizə aparmağı öyrəndim. Həyatımın çətin dövrlərində bir çox görkəmli və yaxşı insanlar yanımda olublar. Burada Nika Qvaramiyaya və Marneulinin Mərkəzi İmam Əli (ə) Məscidinin icmasına xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onlara ən çox ehtiyacım olanda yanımda olan bu insanlar idi. Nikaya gəlincə, o, mənim özümü kəşf etdiyim məkanı və qapını açdı. Nikanın dəstəyi ilə "Mtavari Arxi" adlanan komandada həm peşəkar, həm də şəxsən böyüdüm. Bu gün elə bir zaman gəldi ki, həyatımın yolunu dəyişmək, ölkəmin və xalqımın yanında olmaq mənə vacibdir. Çox insana qarşı minnətdarlıq borcum var, zamanla hər kəsə açıq və ictimai şəkildə təşəkkür edib onları dəyərləndirəcəm. Mənim üçün jurnalist peşəsi və karyerası ilə vidalaşmaq çətin idi. Ancaq bugünkü hakimiyyət bizə başqa seçim qoymayıb, ona görə də qərarımın düzgünlüyünə əminəm. Daha yaxşı Avropa gələcəyi və ölkəmin inkişafa ehtiyacı olduğu yerdə mübarizə aparmağı özümə vacib bildim. Allahın izni ilə, hər şey yaxşı olacaq", - deyə Ceyhun Məhəmmədəli bildirib.

Qeyd edək ki, tele-jurnalist Ceyhun Narzalov (Məhəmmədəli) "Birlik - Milli Hərəkat" koalisiyasının seçki siyahısında yer alıb.


Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?