Tarix: 29.08.2024 / 17:35
Azərbaycan əsilli həkim mükafata    layiq görülüb

Azərbaycan əsilli həkim mükafata layiq görülüb

Almaniyadakı Azərbaycan diasporunun fəal üzvü, Dr.Rəhim Şmidt mükafata layiq görülüb.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, o, Almaniyanın Reynland-Pfalts Vilayətinin Səhiyyə Nazirliyində ictimai rifah naminə sosial və humanitar sahələrdə göstərdiyi çoxillik fəaliyyətə görə vilayətin “Xidmətlərə görə medalı” ilə təltif olunub. Medal vilayətin səhiyyə naziri Klemens Hox tərəfindən ona təqdim olunub.

Reynland-Pfaltsın baş naziri Aleksandr Şvaytser və Maynz şəhərinin meri Nino Haase bu münasibətilə Dr. Rəhim Şmidti təbrik ediblər.

Dr. Rəhim Şmidt Almaniyada uğurlu fəaliyyəti ilə seçilir. O, əyalət parlamentinin keçmiş üzvü, Reynland-Pfaltsda ilk tibb bacısı palatasının yaradılmasının təşəbbüskarı olub. Uzun müddət insan haqları və qaçqınlara dəstək sahəsində könüllü fəaliyyət göstərib.

Qeyd edək ki, Dr. Şmidt “Almaniyada Yoxsulluq və Sağlamlıq” birliyinin sədr müavini, Almaniyada “Həyat İzi” fondunun ali nümayəndəsi, Mainz Universitet Xəstəxanasında ümumi tibbi təcrübə kampusunun rəhbər müavinidir.





Şərhlər

Yaz...