Tarix: 30.08.2024 / 15:55
 Azərbaycan əsilli futbolçu axtarışa   verildi  -VİDEO

Azərbaycan əsilli futbolçu axtarışa verildi -VİDEO

Rusiya İstintaq Komitəsi Moskvanın “Lokomotiv” klubunun və Ukrayna millisinin keçmiş futbolçusu, Azərbaycan əsilli Aleksandr Əliyevə qarşı açıq terror çağırışları ilə bağlı cinayət işi açıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, o, Ukrayna Silahlı Qüvvələrinə videomüraciət yazıb və orada Kursk vilayətində dinc sakinləri öldürməyə çağırıb .

A.Əliyevə qarşı cinayət işi açılıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (terror fəaliyyətinə açıq çağırışlar) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir.


Şərhlər

Yaz...