Tarix: 10.10.2024 / 18:13
Azərbaycan Ermənistana qarşı 2 dövlətlərarası arbitraj iddiası    qaldırıb

Azərbaycan Ermənistana qarşı 2 dövlətlərarası arbitraj iddiası qaldırıb

Azərbaycan Haaqa Daimi Arbitraj Məhkəməsinə Ermənistana qarşı 2 dövlətlərarası arbitraj iddiası qaldırıb.

Diaspora.TV xəbər verir ki, bu barədə beynəlxalq arbitaj üzrə erməni ekspert Sarqis Qriqoryan deyib.

“Bu işlər çərçivəsində artıq arbitraj məhkəmələri də təyin edilib. Yəni tərəflər öz arbitrlərini təyin edib, sədri var. Artıq iki iş üzrə ilk məhkəmə iclası keçirilib. Təsdiqlənmiş qrafikə əsasən, 2027-ci ilin əvvəlində işlər yekunlaşmalıdır”, – deyə o, bildirib.

Sarqis Qriqoryanın sözlərinə görə, iddiaların məxfiliyi hələ də açılmayıb. Ermənistan onlar haqqında heç bir açıqlama verməyib.




Şərhlər

Yaz...