Hazırda Rusiyanın Azərbaycan ərazisində yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi müstəvidə işlənir.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq departamentinin rəhbəri Aleksey Klimov bildirib.
A.Klimov qeyd edib ki, Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar yekunlaşdıqca konsulluq idarəsi də müvafiq praktiki addımların həyata keçirilməsinə qoşulacaq.