Tarix: 17.08.2024 / 08:44
Azərbaycan dünyaya hər cür məhsul ixrac etməli deyil   - Ekspert

Azərbaycan dünyaya hər cür məhsul ixrac etməli deyil - Ekspert

“Bu təkcə iqtisad məzmun daşıyan deyil, həm də dövlətin "danışan dili" məsələsidir. Bir məhsulu istehsal etməklə və ya ixrac etməklə onun təqdimatı - PR və reklamı arasında əlaqə mövcuddur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı ekspert Məhəmməd Talıblı deyib. Onun sözlərinə görə, Azərbaycan dünyaya hər cür məhsul ixrac etməli deyil:

“Kiçik miqyaslı ölkələrin belə bir müqayisəli üstünlükləri olmur. Sadəcə barmaqla sayılan məhsul ixrac etməliyik və həmin məhsullar bizim brend olaraq böyük bir coğrafiyada tanınmalıdır. Həmin məhsulu ölkəmizdə iqtisadi xətti qurumlarla birgə tədqiqat mərkəzləri müəyyənləşdirməlidirlər”.

Məhəmməd Talıblının fikirincə, məhsul dəqiqləşəndən sonra onun geniş diapazonda təqdimat və reklam siyasəti müəyyənləşməlidir:

“Yeri gəlmişkən reklam və PR sinonim anlayış olmadıqları üçün onların təyinatını dəqiqləşdirməliyik. Sonra həmin məhsulların hədəf kütləsinə çatımını təmin edən strategiya hazırlanmalıdır. Və sonda onun istehlakçı bazarlarına çıxışına dair addımlar atılmalıdır. Bu məsələdə ölkəmizin dünyada üstün statusu ilə seçilən iqtisadi bloklara inteqrasiyası baş verməlidir. Məsələn, ÜTT-ə üzv olmadan bunu etmək çox da asan deyil. Biz bu sahədə bir çox baryerləri aradan qaldırmaqla iqtisadi inteqrasiya kursumuzun vektorunu avroatlantik məkana doğru tutmalıyıq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...