“Azərbaycan dünyanın siyasi və mədəniyyət mərkəzlərindən birinə çevrilir. Ölkəmiz bütün sahələrdə, o cümlədən demokratiya sahəsində də inkişaf edir. Qarşıdan gələn parlament seçkiləri də məhz bunu sebut edir. Çünki seçki mədəniyyəti bütün xalqlarda onların üstünlüyünü göstərir”.
Diaspora.TV xəbər verir ki, bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında ABŞ-da yaşayan ictimai-siyasi fəal Cavad Abbasi bildirib.
O qeyd edib ki, yaxın günlərdə Milli Məclisə keçiriləcək seçkilər beynəlxalq aləmdə də diqqətlə izlənilir:
“Çünki bu ölkənin siyasi həyatında baş verən mühüm hadisələr dünyanın hər yerində siyasi ekspertlərin diqqətini cəlb edir. Seçkiləri xaricdə yaşayan Azərbaycan diasporu da yaxından izləyəcəklər. Çünki ilk dəfədir ki, işğaldan azad edilən torpaqlarımızda da seçkilər keçiriləcək. Bu hər bir soydaşımız üçün qürur məsələsidir”.