“Xaricdə yaşayan azərbaycanılar ilk növbədə Azərbaycan dilinin tədris olunmasına çalışmalıdırlar”.
Bu fikirləri Diaspora.TV-yə açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.
E.Əfəndi bildirib ki, Azərbaycan dilini tədris etmək mümkün olmadığı təqdirdə müvafiq özəl məktəblər yaratmalı və Ana dilimizin tədrisini həyata keçirməlidirlər:
“Qeyd etdiyim kimi, Azərbaycan dilinin tədrisi diasporun fəaliyyətindən çox asılıdır. Təəssüf ki, diasporumuzun fəaliyyəti də o qədər yüksək deyil axı... Bunun üçün də diaspor təşkilatları daha çox iş görməlidirlər. Xaricdə yaşayan fəal azərbaycanlılar da Ana dilinin tədrisinə kömək göstərə bilərlər”.
E.Əfəndi qeyd edib ki, Türkiyə və digər Türk dilli dövlətlərdə Azərbaycan dilinin tədrisi aparılır.
Ekspert əlavə edib ki, ermənilərin və erməni lobbisinin daha fəal olduğu ABŞ, Fransa və digər ölkələrdə Azərbaycan dilinin təbliğini gücləndirməliyik.
Həsən Hüseynov
Diaspora.TV