Əziz soydaşlarımız, xaricdə yaşayan azərbaycanlılar!
Siz Vətəndən uzaqlarda yaşayan soydaşlarımız bilməlisiniz ki, övladlarınızın Ana dilini öyrənməsi vacibdir. Çünki hər bir millətin dili, əlifbası onun formalaşmasında vacib rol oynayır. Ana dili həm də hər bir xalqın varlığını təsdiq edən başlıca amil, milli sərvətimiz, varlığımızın təsdiqi, həmçinin milli kimliyimizdir.
Bütün bunları nəzərə alaraq, 01 iyun, 2024-cü il tarixdən başlayaraq Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu və Diaspora.TV-nin birgə layihəsi olan “Dərs saatı” verilişini təqdim edirik.
“Azərbaycan dili” dərsini sizə “Hədəf” liseyinin müəllimi Günel Rəcəb təqdim edir.
“Dərs saatı” verilişini davamlı olaraq Diaspora.TV-nin YouTube kanalından izləyə biləcəksiniz
Natiq Əhmədov
Çox vacib layihədir. Sizə müvəffəqiyyətlər arzulayıram.
22 İyun 2024 14:55