Tarix: 10.09.2024 / 13:10
Azərbaycan diasporunun rəhbəri deputat    seçildi

Azərbaycan diasporunun rəhbəri deputat seçildi

Azərbaycan diasporunun rəhbəri, hakim “Vahid Rusiya” partiyasının namizədi Ramiz Məmmədov Tatarıstanın Leninoqorsk Bələdiyyə Dairəsinin Deputatlar Şurasına seçilib.

Diaspora.TV xəbər verir ki, həmyerlimiz səslərin 83,87 faizinin dəstəyini qazanıb.

Qeyd edək ki, Ramiz Məmmədov 1969-cu ildə Sumqayıtda anadan olub.

1990-cı ildən Tatarıstan Respublikasının Leninoqorsk şəhərində yaşayır. Moskva Dövlət Universitetinin Kazan filialının hüquq fakültəsini bitirib. O, diaspor fəaliyyətində fəal iştirak edir, Azərbaycan Milli-Mədəni Muxtariyyəti “Birlik” ictimai təşkilatının təsisçisi və rəhbəridir. Diasporun idarə olunması sisteminə Ağsaqqallar Şurası və Gənclərlə İş Departamenti də daxildir. Təşkilat Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği ilə yanaşı, geniş xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olur./AZƏRTAC



Şərhlər

Yaz...