Tarix: 18.04.2024 / 12:56
 Azərbaycan diasporuna qarşı hər hansı təhlükə gözlənilmir- Hüquq müdafiəçisi

Azərbaycan diasporuna qarşı hər hansı təhlükə gözlənilmir-Hüquq müdafiəçisi

“Düşünmürəm ki, Fransada yaşayan azərbaycanlılara, Azərbaycan diasporuna qarşı hər hansı təhlükə olsun”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib. Onun sözlərinə görə, ermənilər tərəfindən müəyyən hücumlar ola bilər:

“Amma, diasporumuza, Fransada daimi və ya müvəqqəti yaşayan soydaşlarımıza qarşı hər hansı təzyiqin olacağını gözləmirəm. Düşünmürəm ki, bu kimi qərarların Fransa -Azərbaycan münasibətlərinin pisləşməsi fonunda orada yaşayan azərbaycanlılara və ya Azərbaycanda olan fransızlara mənfi təsiri olsun. Məsələn, siz küçədə fransız görsəniz ona nə edəcəksiniz? Əlbəttə ki, heç nə. Eləcə də, Fransada yaşayan azərbaycanlılara qarşı hər hansı basqının olacağını gözləmirəm. Amma ehtimal etmək olar ki, ermənilərin sayının üstün olduğu yerlərdə təxribatlar ola bilər”.

S.Məmmədov əlavə edib ki, azərbaycanlılara qarşı sistemli şəkildə Fransa hakimiyyəti tərəfindən təşkil olunmuş təzyiqlər gözlənilmir:

“Ola bilsin, vizanın verilməsində müəyyən çətinliklər yaransın. Səfirin geri çağırılması diplomatik marşdır. Azərbaycan Fransanın beynəlxalq hüquqla müəyyən olunan suveren hüquqlarına heç bir təhdid yaratmayıb. Eyni zamanda Azərbaycanın bütün hərəkətləri, o cümlədən məzlum xalqlara yönələn dəstəyi beynəlxalq hüququn prinsipləri çərçivəsindədir”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...