Tarix: 12.07.2024 / 11:22
Azərbaycan diasporu rus şou-meni üzr istəməyə   məcbur etdi

Azərbaycan diasporu rus şou-meni üzr istəməyə məcbur etdi

Azərbaycanı təhqir edən şou-men dəfələrlə üzr istədi.

Azərbaycan diasporunun nümayəndələri “Dom-2” realiti-şousunun keçmiş iştirakçısı və treş-strimer German Yaqodkanı onlayn yayımı zamanı azərbaycanlıları təhqir etdiyinə görə üzr istəməyə məcbur ediblər.

Diaspora.TV xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Videoda naməlum şəxslər Yaqodkadan yayımların birində dediyi sözlərə görə üzr istəməsini tələb ediblər. “Mən bütün Azərbaycan xalqından üzr istəmək istəyirəm, düzünü desəm, bu videonu görən bütün insanların gözü qarşısında”, - şounun keçmiş iştirakçısı bildirib.

Bundan sonra sifətinə bir neçə dəfə zərbə endirib və həm də Azərbaycan dilində “Yaşasın Azərbaycan” deməyə məcbur edilib.

Daha sonra yayımçı yenidən bağışlanmasını istədiyi başqa bir video çəkib. Videoda "Mən heç toxunulmamalı olan bir şeyə toxunduğumu bilirəm" deyib. Yaqodka, həmçinin həyat yoldaşından ayrıldığı üçün son vaxtlar spirtli içkilərdən sui-istifadə etdiyindən şikayətlənib: "Xahiş edirəm məni bağışla" deyib.

Qeyd edək ki, Yaqodka sözügedən verilişdə Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu bildirmişdi. Strimer, həmçinin Azərbaycan sakinləri haqqında nalayiq ifadələr işlətmişdi.









Şərhlər

Yaz...