Tarix: 24.09.2024 / 17:10
Azərbaycan diasporu Niderland parlamentinə    müraciət edib

Azərbaycan diasporu Niderland parlamentinə müraciət edib

Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramın “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad olunması “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilib.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, həmin ölkədəki soydaşlarımız bunu ciddi narazılıqla qarşılayıb və Azərbaycan diaspor təşkilatları bəyanatlar verib.

Niderlandın Azərbaycan icması bu cür sənədlərin erməni millətçilərində qisas üçün boş ümidlər yaratdığını və regionda gərginliyi artırdığını, belə hərəkətlərin sülhə yox, əksinə münaqişəyə səslədiyini vurğulayıb, etirazlara davam edəcəyini bildirib. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi Niderland parlamentinə görüş üçün müraciət ünvanlayıb, petisiya hazırlayıb. Parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydə alındığı və görüşün olacağı ilə bağlı məlumat yayımlanıb.

Şərhlər

Yaz...