Tarix: 08.05.2024 / 09:35
Azərbaycan diasporu mən və ailə üzvlərimdən ibarət olub  - Diaspor fəalı

Azərbaycan diasporu mən və ailə üzvlərimdən ibarət olub - Diaspor fəalı

“Xocalı qətliamı haqqında olan informasiyaları nəşr edib müxtəlif strateji məkanlara görüntüsünü təmin etmişik. Həmçinin, dəfələrlə “Sarı-gəlin” rəqsini, eləcə də başqa rəqsləri önəmli yiğıncaqlarda nümayiş etdirmişik”.

Bu sözləri Diaspora.TV -yə açıqlamasında Əlcəzairdə yaşayan soydaşımız, AİDA-nın üzvü Xumar Nəbiyeva deyib.Onun sözlərinə görə, hazırda 3 qızdan ibarət rəqs qrupu var və onların milli geyimlərini də özü hazırlayır:

“Bir çox ölkənin iştirakı ilə keçirilən moda nümayişində 10 ədəd mill geyimlərimlə iştirak etmişəm. Dövlət və özəl televiziya kanallarına dəvət almışam. Bizim evə də çəkiliş qrupu gəlib. Mövzu mədəniyyətimizlə bağlı olur. Çıxışlarımın bir hissəsini sosial şəbəkə hesablarımda paylaşmışam. Öz əl işlərimlə Beynəlxalq sərgilərdə çıxışlar etmişəm”.

X.Nəbiyeva əlavə edib ki, Əlcəzairin qanunları çərçivəsindən kənara çıxa bilmirlər:

“Burda siyasi çıxışlara icazə yoxdur. Çox istərdim ki, könüllü fəalların və bizi maddi-mənəvi dəstəkləyənlərin sayı çox olsun. Səfirliyimiz olmadığı zamanlar Azərbaycan diasporası mən və ailə üzvlərimdən ibarət olub. Son zamanlar səfirliyimiz tərəfindən dəstək alırıq . Hazırda iki ölkə arasında əlaqələr çox sıx və ürək açandır”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...