Tarix: 26.12.2024 / 10:36
Azərbaycan diasporu Kiyevdə Milad sərgisinə dəstək verdi -   Fotolar

Azərbaycan diasporu Kiyevdə Milad sərgisinə dəstək verdi - Fotolar

Milad bayramı münasibətilə Müqəddəs Sofiya Katedralında “Sofiya Kiyev” Milli Qoruğu ilə Kiyev-Peçersk Lavrası Milli Qoruğunun birgə muzeylərarası sərgi layihəsi - “İlahi nəğmələr kafedralı” öz işinə başlayıb.

Diaspora.TV xəbər verir ki, sərgi Ukrayna Mərkəzi Dövlət Tarix Arxivinin təşkilatçılığı və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəstəyi ilə təşkil olunub.

Sərgidə çıxış edən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəsmisi Rəşad Tağıyev bildirib ki, onlar bu kimi tədbirlərə davamlı dəstək göstərirlər:

“Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov davamlı olaraq bu kimi layihələrə dəsdək verir. Baxmayaraq ki, dinimiz ayrıdır, amma biz bütün dinlərə hörmətlə yanaşırıq. Biz bu toplumun üzvü olaraq hər zaman Ukrayna xalqı ilə bir yerdəyik, sərgidə iştirakımız da bunun əyani təsdiqidir. Təkcə müharibə dövründə dövlət və xalq olaraq Ukraynanın yanında deyilik, həm də mədəniyyətlə, dinlə, sosial layihələrlə bir yerdə olmağa çalışırıq”.

Milli Qoruğun baş direktoru Nelya Kukovalska öz çıxışında tədbirin həyata keçirilməsində mühüm rol oynayan dövlət qurumları ilə bərabər, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna da gösdərdiyi köməyə görə təşəkkürünü bildirib.

Layihənin kuratoru Maksim Ostapenko isə deyib ki, bu sərgi iki əzəmətli qurumun əməkdaşlığının nəticəsidir:



“Bu da müharibə dövründə son dərəcə əhəmiyyətlidir, çünki bu cür layihələr bizim milli ziyarətgahlarımızın əhəmiyyətini parlaq şəkildə vurğulayır. Onlar Ukrayna kimliyinin nə qədər güclü olduğunu nümayiş etdirirlər və düşmənin bizi tarixi yaddaşımızdan məhrum etmək cəhdlərinə baxmayaraq, biz onu nəinki qoruyub saxlayacağıq, həm də populyarlaşdıracağıq!”

Qeyd edək ki, sərgi Müqəddəs Sofiya Katedrali, II mərtəbə, şimal sərgi salonlarında 31 mart 2025-ci il tarixinədək davam edəcək.

Sərgidə Ukrayna ikon rəssamlığının şah əsərləri, 17-19-cu əsrlərə aid Qərbi Avropa qravüraları, unikal reliktlər, qədim əlyazmalar, görkəmli şəxsiyyətlərlə - Qriqori Skovoroda və Sofiya musiqisini yazan Artemi Vedelə aid eksponatlar təqdim olunur. Həmçinin 17-ci əsrə aid “Sofiya Kerol”unun sirrini açır, ziyarətçiləri Müqəddəs Sofiya Katedralinin əsas ikonasının – ikonostazdakı “Tanrının Hikməti Sofiya” məbədi obrazının səsi ilə tanış edir.



Şərhlər

Yaz...