Tarix: 24.09.2024 / 17:20
Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat    ünvanlayıb

Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb

İsveçrə Federal Məclisinin bir qrup deputatı tərəfindən İsveçrə hökumətinə ünvanlanan və məzmunca Azərbaycana qarşı qərəzli xarakter daşıyan sorğu İsveçrədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən etirazla qarşılanıb.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, İsveçrədəki Azərbaycan diaspor təşkilatları İsveçrə parlamentinə bununla əlaqədar bəyanatlar ünvanlayıblar.

Bəyanatlarda hər iki dövlətin qarşılıqlı əlaqələrinin önəmi vurğulanıb. Cənubi Qafqazda sülhün əleyhinə olan qüvvələrin COP29-dan istifadə edərək öz məqsədlərinə çatmaq cəhdləri diqqətə çatdırılıb.

Cari ilin noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasının qlobal ekoloji problemlərin həlli istiqamətində töhfəsi ilə yanaşı regionda sülhün təminatı baxımından da vacibliyi qeyd olunub.

İsveçrə parlamentində səslənən “soyqırım” “etnik təmizləmə” ittihamlarının reallığı əks etdirmədiyi vurğulanıb, bu tip ifadələrin İsveçrənin dövlət qurumlarında müzakirəsinin narahatvericiliyi bildirilib.

COP29-un xarici manipulyasiya üçün deyil, əsas iqlim məsələlərini həll etmək üçün vacib platforma olduğu xatırladılıb. İsveçrə parlamentinin üzvləri məsuliyyətli yanaşma nümayiş etməyə çağırılıb.

Şərhlər

Yaz...