“Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı sosial platformalarda videolar və məqalələr paylaşıram”.
Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı rəssam Zemfira Akman deyib.
Z.Akman qeyd edib ki, “Turuncu” jurnalında Xocalı hadisələri ilə bağlı müsahibəsi də dərc olunub.
“Jurnal hökumətə bağlı olduğu üçün, onu kütlə yox, ancaq hakim partiyanı dəstəkləyənlər oxuyur”, - deyən Z.Akman əlavə edib ki, diaspor fəaliyyətində qarşılaşdıqları əsas problem yaşadıqları ölkələrin dillərində informasiya bazasının olmamasıdır:
“İnformasiyanı bütün millətlərin başa düşəcəyi dildə vermək lazımdır. Misal üçün, türk dili daxil olmaqla - türkmən, özbək, yakut, qazax, qırğız, tatar, başqırd, Avropa, Yaxın Şərq, Afrika, Çin, Yaponiya, Flippin, Koreya, hindu dillərində olmalıdır. Həmçinin hər bir suala onların görünmə tarixləri, harada, kimin nə vaxt çəkildiyinə dair şərhlərlə kopyalana bilən fotoşəkilləri də olmalıdır. Ona görə də, Azərbaycan diasporu informasiya müharibəsində uduzur, çünki dünyanın başqa dillərində məlumat yoxdur”.
Həsən Hüseynov
Diaspora.TV
ИРИНА ЭМАНОВА
Я полностью согласна с Земфирой Акман.
14.06.2024 / 22:20