Tarix: 30.05.2024 / 10:38
Azərbaycan diasporu bilsin ki...   - Türk fəal

Azərbaycan diasporu bilsin ki... - Türk fəal

“Mən fəxr edirəm ki, soyköküm azərbaycanlıdır. Ata tərəfim İrəvan şəhərində yaşayıb. Onlar müharibə zamanı köçüb İğdırda məskunlaşıblar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Londonda yaşayan türk fəal Filiz Təkaltı deyib.

Onun sözlərinə görə, dədə-baba torpaqlarından köç zamanı iki əmisini və atasının dayılarını ermənilər yandırıb.

F.Təkaltı əlavə edib ki, Azərbaycanda doğulmamış olsa da vətənimizin mədəniyyətinə böyük rəğbət bəsləyir:

“Azərbaycanı tanıdan, icmalar və qurumlarla birgə faəliyyət ən böyük arzularımdan biridir. Mənim Azərbaycana olan sevgim sonsuzdur. Hətta əksər layihələrdə yaxından iştirak edirəm. Bacardığım qədər Londonda, İsveçdə azərbaycanlıların rəhbərliyi ilə həyata keçirilən tədbir və yığıncaqlara qatılıram. London Azərbaycan Qadınlar Klubu ilə fəal əməkdaşlıq edirəm”.

F.Təkaltı bildirib ki, Azərbaycan diasporunun nümayəndələri ilə birgə Azərbaycanda səfərdə olub:

"Qızım Ayda Mosharraf da incəsənət adamıdır, bir zamanlar onun menecerliyini də mən etmişəm. O, azərbaycanlıların tədbirlərində ifalar edir. Bu səbəbdən də onu Bakıya dəvət etmişdilər, 2 dəfə konsert verib. Mən hər zaman Azərbaycanın yanındayam. Nə lazımdırsa əlimdən gələni etməyə, diaspora dəstək olmağa hazıram".

F.Təkaltı qeyd edib ki, hazırda ailə şirkətində müdir müavini vəzifəsində çalışır və kitab yazır.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...