Qarabağ zəfərinin dördüncü ildönümü Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi və İğdır Azərbaycan Dil, Tarix və Kültür Birliyi Dərnəyi tərəfindən qeyd olunacaq.
Diaspora.TV Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İğdır Azərbaycan Evi Dərnəyinin prezidenti Serdar Ünsal və qrumun sədri Ziya Zakir Acar məlumat verib.
“Dərnək olaraq Qarabağ Zəfərimizin dördüncü ildönümünü əvvəlcədən bayram atmosferində qeyd edəcəyik. 07.11.2024 cümə axşamı saat 15.00 Azərbaycan Evində proqramımız var. Bütün iğdırlılar dəvətlidir. Qələbə toyumuza gözləyirik”, - deyə açıqlamada bildirilir.