"Azərbaycan dəfələrlə dezinformasiya qurbanı olub".
Diaspora.TV xəbər verir ki, bunu II Qlobal Media Forumunun ikinci iş günündə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev xatırladıb ki, Azərbaycan torpaqları 30 il ərzində işğal ediləndə Ermənistan dünyaya özünün Azərbaycanın qurbanı kimi təqdim edirdi.
"44 günlük müharibə zamanı Azərbaycan dezinformasiyaya qarşı mübarizə aparıb. Prezident İlham Əliyevin beynəlxalq mediaya çoxsaylı müsahibələri dezinformasiyaya qarşı uğur hekayələrindən idi", – deyə o əlavə edib.