Tarix: 16.05.2024 / 16:41
Azərbaycan bu praktikaya keçə bilər…  - Viza problemi

Azərbaycan bu praktikaya keçə bilər… - Viza problemi

“Əgər keçmış Azərbaycan vətəndaşları, hansılar ki, yaşadığı xarici ölkələrdə vətəndaşlıq alıblar və burada onların qohumluq əlaqələri qalmaqdadır onlar üçün bir illik viza verilir. Bu qrupdan olan vətəndaşlar üçün tətbiq edilən vizanın vaxtını uzatmaq olar”.

Bunu Diaspora.TV-yə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert Avropada tətbiq edilən viza rejimindən istifadə olunmasını məqsədyönlü hesab edir:

“Avropda belə bir praktika var, Şengen vizaları 5 il müddətinə verilir. Yəni, bir həftə müddətindən 5 ilə kmi viza vermək mümkündür. Azərbaycan da bu praktikaya keçə bilər”.

Ekspert qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyətin olmadığını əlavə edib:

“Sadəcə praktikada vizaların verilmə müddəti bir ilə qədərdi. İndi yeni qaydalar gətirilsə, praktikada hər hansı bir yanaşma olarsa mənə elə gəlir ki, burada heç bir problem yaşanmaz. Hətta bu sistem daha rahat olar”.

Natiq Cəfərli əlavə olaraq bildirib ki, hər dəfə viza almaq əlavə vaxt itkisidir:

“Azərbaycanda birinci dərəcəli qohumları olan və artıq xarici ölkə vətəndaşı olmuş azərbaycanlıların Azərbaycanada uzun müddətli qalması üçün bir əngəl yoxdur”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...