İsveçrənin Pratteln şəhərində sayca 20-ci dəfə "Birlikdə qeyd edək" adlı multikultural festival keçirilib.
Diaspora.TV xəbər verir ki, festivalda Azərbaycan, Albaniya, Finlandiya, İspaniya, Peru, Portuqaliya və digər ölkələrin milli rəqsləri nümayiş olunub.
"Azərbaycanın Dostları" Birliyinin nəzdindəki "Buta" rəqs dərnəyinin yeniyetmələrdən ibarət qrupunun çıxışı böyük rəğbət və sürəkli alqışlarla qarşılanıb.
Çıxışın sonunda qrup üzvlərinə kiçik hədiyyələr təqdim edilib.
Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.