Nas Daily kimi tanınan bloger Nuseir Yasin Azərbaycana səfəri ilə bağlı təəssüratlarını YouTube abunəçiləri ilə bölüşüb.
Diaspora.TV xəbər verir ki, o, yeni videosunda hər kəsi bu heyrətamiz ölkəni ziyarət etməyə çağırır. Bloger Bakıya həmkarı, İsrail vətəndaşı Aya Mayrokla gəlib.
"Heç getmədiyiniz, lakin mütləq ziyarət etməli olduğunuz ölkədən salamlar! Bu, İran, Rusiya və İraqın yanında olan ölkədir, münaqişələrlə əhatə olunub, lakin bir möcüzə sayəsində burada müxtəlif millətlərdən olan insanlar bir araya gəlir. Bu, inanılmaz bir hekayədir".
Nas Daily və həmkarı paytaxtdakı dini kilsələri birlikdə ziyarət ediblər. Blogerlər Bakının mərkəzində bir-birinin ardınca məscidlər, kilsələr və sinaqoqların olmasına təəccübləniblər.
"Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların nümayəndələrinin necə sülh şəraitində birgə yaşaması bizi heyrətləndirdi. Azərbaycan tolerantlıq və qarşılıqlı hörmət nümunəsidir ki, bu da başqaları üçün nümunə olmalıdır", - deyə Daily bildirib.
Aparıcı Yasina Ayey Mayrok qeyd edib ki, Azərbaycanda Krasnaya Sloboda adlı yaşayış məntəqəsi var və burada dağ yəhudiləri iki min ildir kompakt halda yaşayıblar.
İsraildən kənarda yerləşən bu sonuncu yəhudi qəsəbəsinin öz sinaqoqları, dili və ənənələri var. Onlar dövlət himayəsindədirlər və bu təəccüblü deyil. Azərbaycanda dini məsələlərə nəzarət edən bir hökumət binası var.
Kifayət qədər qısa videoda Nuseir Yasin və Ayey Mayrok Azərbaycanın qonaqpərvər, tolerant və ləzzətli ruhunu dəqiq çatdırıblar. Blogerlər Azərbaycan mətbəxini qeyd edərək, ölkədən bir az həyəcanla ayrıldıqlarını bildiriblər./Moskva-Baku