Tarix: 16.10.2024 / 19:33
Azadlıq Radiosunun keçmiş jurnalisti Tehranda    həbs edilib

Azadlıq Radiosunun keçmiş jurnalisti Tehranda həbs edilib

İran və ABŞ vətəndaşı olan Reza Vəlizadə üç həftə əvvəl həbs edilib. O, digər məsələlərlə yanaşı, fars dilində xarici media ilə əməkdaşlıq etməkdə ittiham edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadlıq Radiosu məlumat yayıb.

Reza 2022-ci ilin noyabrında Fərda Radiosunun (Azadlıq Radiosunun Farsca yayım xidməti) əməkdaşı kimi işini tərk edib. O, bir müddət xaricdə yaşayıb. Avqustda sosial şəbəkə hesabında martın 16-da Tehrana səfər etdiyini bildirib.

Yazıda o, İslam İnqilabı Keşikçiləri Korpusu kəşfiyyat təşkilatı ilə danışıqların “yarım yolu” keçdiyini, lakin buna baxmayaraq, öz məsuliyyəti ilə İrana qayıtdığını bildirib.

Qeyd edək ki, ikili vətəndaşlığı olan çoxlu sayda iranlı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Müxtəlif cinayətlərdə ittiham olunub. Onların əmlakının çox hissəsi müsadirə edilib və ya bloklanıb. Bəzi hallarda İrandakı ailə üzvlərinə təzyiq edilib ki, bu şəxslər ölkəyə qayıtsınlar.

Şərhlər

Yaz...