Tarix: 20.11.2024 / 12:20
AzAbrau şirkəti məhkəmədə    qalib gəldi

AzAbrau şirkəti məhkəmədə qalib gəldi

“AzAbrau şirkəti (“AzAbrau” Azərbaycandakı Abrau-Durso Şirkətlər Qrupunun törəmə müəssisəsi) Moldovanın Vinuri İaloveni şərab zavoduna məxsus Şirvan brendinin qeydiyyatı ilə bağlı məhkəmə işində qalib gəlib.

Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Əqli Mülkiyyət Hüquqları Məhkəməsinin qərarında bildirilib ki, cavabdeh 3 il ərzində əmtəə nişanından davamlı istifadəni sübut edə bilməyib.

“Məhkəmə şirkət adından məktub alıb ki, cavabdehin 2007-2013-cü illərdə Moldova Respublikasından Rusiya Federasiyası ərazisinə spirtli içkilər ixrac etmək üçün lisenziyası olub. Bu məktuba əsasən, şirkət Rusiya bazarında fəaliyyətini davam etdirmək niyyətindədir. Buna görə də 2020-ci ildə yeni tələblər əsasında lisenziya almaq üçün sənədləri Rospotrebnadzor-a təqdim edib. Əqli mülkiyyət hüquqları məhkəməsi bu məktubu nəzərə ala bilməz. Çünki o, cavabdehin mübahisəli müddət ərzində Rusiya Federasiyasının ərazisində əmtəə nişanından istifadə etdiyini heç bir şəkildə təsdiqləmir”, - məhkəmə aktında deyilir.

Şirvan brendi altında Abrau-Durso Şirkətlər Qrupunun strukturu məşhur Azərbaycan konyakını istehsal edir. Vinuri-İaloveni şərab zavodu açıq mənbələrə görə, şərab istehsal etmək üçün “Sherwin” ticarət nişanını qeydiyyatdan keçirdi.

Şərhlər

Yaz...