Tarix: 02.10.2024 / 23:19
Ayxan Hacızadə   Mirzoyanın çıxışına cavab    verdi

Ayxan Hacızadə Mirzoyanın çıxışına cavab verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN rəhbəri Ararat Mirzoyana cavab verib.

Diaspora.TV xəbər verir ki, XİN sözçüsü məsələ ilə bağlı “X” hesabında paylaşım edib.

A.Hacızadə paylaşımda bildirib ki, A. Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.

A. Hacızadə eyni zamanda vurğulayıb ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib.

"Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub", - deyə A.Hacızadə bildirib.

Şərhlər

Yaz...