Tarix: 21.10.2024 / 15:15
Avstraliyalı senator kralın  üstünə qışqırdı

Avstraliyalı senator kralın üstünə qışqırdı

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı III Çarlz Avstraliyada Kanberradakı Parlament Evində çıxışını başa vurarkən Avstraliya senatorunun açıq ittihamları ilə qarşılaşıb.

Diaspora.TV Britaniya mediasına istinadən xəbər verir ki, kraliça Kamilla ilə Avstraliyada beş günlük səfərdə olan III Çarlz parlamentin böyük salonunda deputatlar və senatorlar qarşısında çıxış edib.

Bu, onun monarx kimi Avstraliyaya ilk səfərinin əsas anı idi. Çıxışını bitirdiyi zaman Viktoriyadan olan müstəqil senator Lidia Torp səhnəyə yaxınlaşaraq "bura, sizin ölkəniz deyil!", - deyə, kralın üstünə qışqırıb.

Daha sonra o, Britanyanı müstəmləkəçilikdə və soyqırımında ittiham edərək, yerli xalqların başına gətirilənlərdən, onların hüquqlarının tapdanmasından danışıb:

“Siz xalqımıza qarşı soyqırımı törətdiniz. Bizə torpaqlarımızı geri verin! Bizdən oğurladıqlarınızı - sümüklərimizi, kəllələrimizi, körpələrimizi, xalqımızı bizə verin!”

Şərhlər

Yaz...