Gənc soydaşımız Fidan Cavadovanın hədəfi innovativ və inklüziv həlləri ilə Böyük Britaniyanın yaşıl enerji sənayesində mövcud trendləri istiqamətləndirmək və lider olmaqdır.
Diaspora.TV xəbər verir ki, Fidan Cavadova Böyük Britaniya hökuməti tərəfindən çox çətin alına bilən İnnovator Vizasına layiq görülən ilk Azərbaycanlı xanımdır. O, elektromobillər üçün şarj qurğuları infrastrukturunu və bərpa olunan enerji sənayesini inkişaf etdirməyə yönəlmiş BeWorks Automation şirkətinin təsisçisidir.
Cavadovanın yaşıl enerji, elektrikləşdirmə və dekarbonizasiya sahəsindəki fəaliyyəti “British Council” tərəfindən qiymətləndirilib. 2021-ci ildə Böyük Britaniyanın Azərbaycandakı səfiri ona xüsusi mükafat təqdim edib.
O, Azərbaycandan bu şərəfə layiq görülən ilk qadındır.
"COP29 çərçivəsində keçirilən tədbirlər beynəlxalq əməkdaşlıqların qurulması və yaşıl texnologiyalar sahəsində innovativ ideyaların mübadiləsi üçün əvəzsiz bir platformadır. Bu, gənclər üçün geniş imkanlar yaradır", – deyə, F.Cavadova, bildirib. /New Diaspora of Azerbaijan