Tarix: 27.06.2024 / 17:23
Azərbaycanlı Mühəndislərin Forumu  panel iclaslarla davam edib

Azərbaycanlı Mühəndislərin Forumu panel iclaslarla davam edib

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu işini “Azərbaycanda mühəndisliyin inkişafı: Çağırışlar və perspektivlər” mövzusunda panel iclası keçirilib.

Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, Berlində yaşayan soydaşımız, Berlin Tibb Məktəbi və Berlin Biznes Məktəbinin Sistem Administratoru Rauf Abdullayevin moderatoru olduğu panel iclasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Almaniya Azərbaycanlıları Alyansı İdarə heyətinin üzvü, mühəndis, texnika elmləri doktoru, Siemens Enerji şikətində Yaşıl Enerji Texnologiyaları üzrə Elmi Texniki bölmənin rəisi Dr. Yaşar Musayev, MSEnergy GmbH şirkətinin rəhbəri Paşa Nağıyev və başqaları iştirak ediblər.

Almaniyada və digər ölkələrdə görüləcək işlər ilə bağlı fikir mübadiləsi aparılıb, elmi-texnoloji diasporun təsir dairəsinin genişləndirilməsi məsələsi müzakirə olunub. Təqdimatla çıxış edən iştirakçılar dünyanın aparıcı texnoloji mərkəzlərində çalışan azərbaycanlıların ölkəmizə təcrübə mübadiləsinə, tədqiqatlara dəvət olunmasının, onların yaratdıqları şirkətlərinin rezident kimi cəlb edilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2019-cu il tarixli 881 nömrəli Sərəncamına uyğun olaraq innovasiya təşəbbüskarlığının və rəqəmsal texnologiyalardan istifadə bacarıqlarının təşviq edilməsi ilə bağlı Komitə tərəfindən həyata keçirilən tədbirlər və innovativ inkişafın, o cümlədən startap fəaliyyətinin dəstəklənməsi sahəsində görülən işlər barədə məlumat verilib, həmçinin gələcək fəaliyyət perspektivləri müzakirə edilib.

Qeyd edək ki, müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi vurğulanıb.

Forumun “COP-29” tədbiri ərəfəsində təşkili, azərbaycanlı mütəxəssislərin bu mötəbər tədbirlə bağlı müzakirələr aparmasına və müvafiq təkliflərin ümumiləşdirilməsinə imkan yaradıb. Eyni zamanda, dünyada müxtəlif sahələrdə fəaliyyət göstərən Azərbaycanlı mühəndislərin beynəlxalq səviyyədə təcrübələrini paylaşmaq üçün bir platforma rolunu oynayıb.

Şərhlər

Yaz...