Tarix: 24.06.2024 / 19:06
Avropada hansı filmlərimiz   nümayiş olunmalıdır?

Avropada hansı filmlərimiz nümayiş olunmalıdır?

“Beynəlxalq müsabiqələrdə Qarabağ həqiqətlərindən, İkinci Vətən Müharibəsi iştirakçılarından bəhs edən filmlərin nümayişı əla olar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Xalq artisti Rafiq Əzimov deyib.

Aktyorun fikirincə, tək qısametrajlı filmlər deyil, eləcədə bədii filmlərin də Avropa səhnələrində nümayişini təşkilinə çalışılmalıdır:

“Düzdür, Qarabağdan bəhs edən istər qısametrajlı, istərsə də bədii filmlərin nümayişi daha çox olmalıdır. Məsələn, onlardan biri “Dolu” filmidir. Bu film Qarabağdan bəhs edir. Bundan əlavə Azərbaycanın tarixi filmlərini də avropalılara təqdim etməliyik”.

Xalq artisti hesab edir ki, Azərbaycanın “Babək”, “Nəsimi” kimi filmləri var və yeri gələndə onlar da nümayiş olunmalıdır:

“Bu filmlər eyni zamanda Azərbaycanın tarixidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...