Tarix: 23.09.2024 / 18:55
Avropa İttifaqı ölkələrindən miqrantlara qarşı    qanunsuzluq

Avropa İttifaqı ölkələrindən miqrantlara qarşı qanunsuzluq

Almaniyaya qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə sentyabrın 16-dan etibarən Belçika, Hollandiya, Fransa, Lüksemburq və Danimarka sərhədlərində, eləcə də qonşu ölkələr Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə nəzarətin tətbiqinə başlanılması artıq ilk meyvələrini verir.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, rəsmi məlumatlara görə, son bir həftə ərzində Almaniyaya qeyri-qanuni yollarla girməyə cəhd edən 540 nəfər sərhəd nəzarətində tutularaq geri göndərilib. Onlardan 23-nün əvvəllər Almaniyadan deportasiya edildiyi, lakin yenidən daxil olmaq istəyərkən yaxalandığı bildirilib.

Federal Polis Agentliyinin rəhbəri Dieter Romann deyib:

“Biz sərhəd nəzarəti əməkdaşlarının uğurlu işi sayəsində Almaniyaya qeyri-qanuni miqrasiyanın qarşısını almaqda qərarlıyıq. Yoxlamalar əvvəldən elan olunduğu kimi ilkin olaraq 6 ay davam edəcək. Digər tərəfdən, yoxlamalar zamanı 196 nəfər sığınacaq üçün müraciət edib. Onlardan 99-nun digər Avropa İttifaqı ölkələrinə də müraciət etdiyi müəyyən edilib. Həmin ölkələrin səlahiyyətliləri sığınacaqla bağlı müraciətləri qeydiyyata almamaqla Dublin Konvensiyasını açıq şəkildə pozublar”.

Şərhlər

Yaz...