Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi çərçivəsində bu ölkənin İstanbuldakı baş konsulu doktor Atilla Pinterin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi səfir Kubaniçbek Ömurəliyev Aİ ölkələrinin İstanbuldakı baş konsulları ilə görüşüb.
Diaspora.TV türk mediasına istinadla xəbər verir ki, görüş Macarıstanın Baş Konsulluğunda baş tutub.
Görüşdə baş katib Təşkilatın tarixi, strukturu, strateji prioritetləri, cari gündəliyi və gələcək fəaliyyəti haqqında ətraflı təqdimatla çıxış edib.
Sonra sual-cavab sessiyasında TDT ilə Aİ arasında əməkdaşlığın prioritet istiqamətləri barədə tərəflər arasında fikir mübadiləsi aparılıb.