Tarix: 25.12.2024 / 16:28
"Avropa İttifaqı bu çətin günlərdə   Azərbaycanın yanındadır"

"Avropa İttifaqı bu çətin günlərdə Azərbaycanın yanındadır"

Avropa İttifaqının (Aİ) Bakıdakı Nümayəndəliyi AZAL-ın təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Diaspora.TV xəbər verir ki, bu barədə nümayəndəliyin rəsmi "Facebook" hesabında paylaşım edilib.

Paylaşımda deyilir:

"Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi hava qəzası ilə bağlı Azərbaycan xalqına başsağlığı verir. Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını diləyirik. Avropa İttifaqı bu çətin günlərdə Azərbaycanın yanındadır".

Şərhlər

Yaz...