Tarix: 10.10.2024 / 15:42
Atam mənə Azərbaycana sevgi aşılayıb    - Anastasiya Melnikova

Atam mənə Azərbaycana sevgi aşılayıb - Anastasiya Melnikova

Aktrisa, Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Anastasiya Melnikova “Moskva-Bakı”ya müsahibəsində Rusiya-Azərbaycan əməkdaşlığından və ona Bakıya məhəbbət aşılayanlardan danışıb.

Anastasiya Melnikova qeyd edib ki, bizim dövlətlərimiz və xalqlarımız arasında həmişə Sovet İttifaqında formalaşmış çox dostluq münasibətləri mövcuddur:

"Sevindirici haldır ki, Azərbaycanla bu cür əlaqələr heç yerə getməyib. Şəxsən mən çox şadam ki, hər şey belə oldu. Əminəm ki, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də qarşılıqlı fəaliyyət güclənəcək və əməkdaşlıq inkişaf edəcək. Atam Bakıya tez-tez gəlirdi, ora pərəstiş edir və mənə bu haqda o qədər danışırdı ki, mən qiyabi olaraq bu gözəl şəhərə aşiq oldum. Mən çox istərdim ki, gedib Azərbaycanı görüm. Mənə dedilər ki, bu necə gözəldir, necə də çiçəklənən, heyrətamiz bir diyardır, küçələrdə inanılmaz gülərüz, mehriban insanlar var".


Şərhlər

Yaz...