MDB ölkələrində populyar olan azərbaycanlı ifaçı Jonyə (Cahid Hüseynli) Astana hava limanında fidan hədiyyə edilib.
Diaspora.TV xəbər verir ki, bu barədə Tengri Life məlumat yayıb.
Fürsətdən istifadə edən ifaçı Nəbatat bağında olub, ağac əkib.
Onun sözlərinə görə, “təbiətin və ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirak etmək onun üçün xüsusilə vacibdir”.
İfaçı əlamətdar və qeyri-adi hədiyyəyə görə, Astana sakinlərinə təşəkkür edib.