Tarix: 04.09.2024 / 16:27
 AST Telmanın əmrilə müğənnini qaçıranlardan   biri də həbs olundu

AST Telmanın əmrilə müğənnini qaçıranlardan biri də həbs olundu

Abraham Russonun oğurlanmasında şübhəli bilinən daha bir şəxs Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, şübhəli Şeremetyevo hava limanında saxlanılıb. Şübhəli şəxs 60 yaşlı paytaxt sakini Vladimir Şestopalovdur.

O, hələ 2018-ci ildə cinayətin üstü açılanda axtarışa verilib. Bu gün paytaxtın Basmannı məhkəməsinə məhbusun həbsi ilə bağlı vəsadət daxil olub.

Qeyd edək ki, Abraham Russo 2017-ci il yanvarın 31-də azərbaycanlı iş adamı Telman İsmayılovla işgüzar görüşü zamanı qaçırılıb. Şestopalov və İsmayılovun başqa bir tərəfdaşı sənətçini iş adamının malikanəsinə aparıblar. Orada onu 24 saat saxlayıblar və ondan İsmayılovun təklif etdiyi konsert fəaliyyətinin aparılması şərtləri ilə razılaşmağı tələb ediblər. Russo daha sonra razılaşıb və sərbəst buraxılıb. O, yalnız altı aydan sonra polisə müraciət etmək qərarına gəlib.


Şərhlər

Yaz...