Tarix: 03.08.2024 / 14:30
“ASAN Xidmət”lə ancaq konsulluqlarda hansısa arayış və...  - Natiq Cəfərli

“ASAN Xidmət”lə ancaq konsulluqlarda hansısa arayış və... - Natiq Cəfərli

“Ümumiyyətlə, konsulluq xidmətlərinin vəzifəsi ölkə kənarında yaşayan Azərbaycan vətəndaşlarına hər tərəfli hüquqi yardım gəstərməkdir”.

Bu sözləri Diaspora.TV-yə müsahibəsində REAL Partiyasının İcra Aparatının rəhbəri Natiq Cəfərli deyib. Onun sözlərinə görə, “ASAN Xidmət”lə ancaq konsulluqlarda hansısa arayış və sənədlərin verilməsi mümkündür:

“Məsələn, xarici pasportun dəyişdirilməsi konsulluq xidmətində baş verir. Bunu onlayn qaydada da həyata keçirtmək olar. Arayışların da verilməsi ilə bağlı belə bir model mümkündür. Amma onların bütün fəaliyyətini “ASAN Xidmət”lərə verilməsi məntiqsizlik olar”.

Natiq Cəfərli əlavə edib ki, konsulluq xidmətləri tək sənədlərin verilməsi ilə məşğul olmur:

“Konsulluq xidməti bəzən vətəndaşlara hüquqi yardımın göstərilməsi üçün lazım olur. Bəzi vətəndaşların problemlər olur, həmin vaxt xidmət üzvləri xaricdə yaşayan Azərbaycan vətəndaşlarının yanında olur, onlara fiziki kömək göstərir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...