Tarix: 13.10.2024 / 09:33
Argentinadakı yəhudi diasporu    təşviş içində

Argentinadakı yəhudi diasporu təşviş içində

Argentina paytaxtında abidənin sütununa antisemit qraffiti çəkilib.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, Buenos-Ayres parkında bir abidənin üzərində Argentinada uzun tarixə malik antisemit şüar aşkarlanıb və bu, yerli yəhudiləri narahat edib.

Argentina paytaxtının Rivadavia parkında tarixən Cənubi Amerikanın “Azadedicisi” sayılan Saymon Bolivarın abidəsinin sütununa “Millətə xidmət et, yəhudini öldür” qrafitisi çəkilib. Argentinanın aparıcı yəhudi təşkilatı DAIA rəsmi şikayət edib və bələdiyyə qraffiti aşkar edildikdən qısa müddət sonra onu təmizləyib.

Argentinada təxminən 200.000 yəhudi yaşayır ki, bu da Latın Amerikasında ən böyük saydır.

Oradakı yəhudilərin böyük əksəriyyəti Buenos-Ayres bölgəsində yaşayır.

Qeyd edək ki, bu ifadənin oxşar versiyası ölkənin ifrat sağçı qüvvələri arasında uzun tarixə malikdir. İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əlaqəli Argentina hərəkatı olan Millətçi Qurtuluş Alyansı bu ifadəni işlədirmiş.

Bu faşist hərəkatı müharibədən sonrakı onilliklərdə də Argentinada fəallaşıb.

Hərəkat bu yaxınlarda yenidən ortaya çıxıb. Bir faktı da qeyd edək ki, 10 il əvvəl General Paz şəhərinin sakinləri üzərində ifadə yazılmış vergi hesabları alırlarmış.

Xatrırladaq ki, Argentinada baş vermiş bu hadisə ilk deyil. Belə hadisələrə - antisemit çağırışlarına əvvəllər yalnız müsəlman ölkələrində rast gəlinirdisə, son bir ildə xristian ölkələrində də oxşar şüarların səsləndililməsinə mütəmadi rast gəlinir.

Şərhlər

Yaz...