Tarix: 17.08.2024 / 09:15

Anti-Azərbaycançılığı İranı Ermənistanın nökərinə çevirib

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı”nın növbəti buraxılışı yayımlanıb.

M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:

- Bu gün ABŞ-ın Ermənistanda artan hərbi iştirakı yalnız İrana qarşıdır. Bu çox klasterli sistemdir, hətta ehtimalı hərbi əməliyyatlarda etnik ermənilərdən istifadə olunması nəzərdə tutulub. Vaşinqton ABŞ-da yaşayan milliyyətcə erməniləri hərbi proseslərə qoşubsa, belə nəticəyə gəlmək olar ki, Rusiya və İranda yaşayan ermənilər də ABŞ-ın Ermənistan üzrə hərbi planında ön yerdədir. Ermənistanda ABŞ-ın hərbi işlərinin yalnız İrana qarşı olmasının ən böyük dəlili Böyük Britaniyanın bu prosesə qatılmasıdır. Böyük Britaniyada quru qoşunlarının təlimləri ilə bağlı ənənəvi konfransda bu il Ermənistan da iştirak etdi. Bunun iki mesajı var:

1. Ermənistan yalnız quru ərazisi, sərhədi olan qonşuları ilə müharibəyə hazırlanır. Rusiyaya qarşı Ermənistanın quru yolla müharibə etməsi nonsensdir. Türkiyə NATO dövlətidir, bunu ağıldan çıxartmaq lazımdır. Azərbaycan və Gürcüstan ABŞ-ın planında Ermənistan tərəfindən hücum obyekti kimi dəyərləndirilə bilməz.

2. Azərbaycan və Gürcüstan Ermənistanın onlara hücum etməyəcəyindən arxayın olsunlar... Həm də xəstə təxəyyüllü ermənilər belə fikrə düşməsinlər. Azərbaycanın neft, qaz yataqlarının istismarında birinci əməliyyatçı BP-dir. Enerji logistikasında da birinci söz sahibi BP-dir. Britaniya ordusunun BP-nin obyektlərinə raket, bomba atması, hərbi əməliyyatlar keçirməsi ağlagəlməzdir. Gürcüstana da bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Azərbaycandan çıxan neft və qaz kəmərləri Gürcüstanın ərazisindən keçir. ABŞ-ın hərbi məqsədinin obyekti olaraq yalnız bir dövlət ağıla gəlir, bu da İrandır.

İranın Ermənistana olan əndazəsiz inamı ABŞ-ı Ermənistandan İrana qarşı istifadə etmək məntiqinə gətirib çıxardı. ABŞ-ın Ermənistandan İrana qarşı istifadə prosesi 1-2 ilin işi deyil. On il əvvəl artıq Bərgüşad SES (Vorotan) ABŞ-ın mülkiyyətidir. Bərgüşad əraziləri İranla həmsərhəddir və ABŞ orada çoxdan olan lazımi qüvvələri yerləşdirib. ABŞ-ın Lidian şirkətinin sahiblik etdiyi “Amulsar” yatağı da İranla sərhəddə yerləşir. Həmin ərazilərdə ABŞ İrana qarşı casusluq qurğuları yerləşdirə bilər.

Azərbaycanda hansısa israilli iş adamı Zəngilan işğaldan azad olunduqdan sonra gəlib Zəngilanın təbii şəraitinə uyğun olaraq camış ferması yaratdı. İran dərhal onu İsrailin Azərbaycanda casusluq bazası yaratması kimi qiymətləndirdi.

Azərbaycan torpaqları işğaldan azad olunmamışdan əvvəl də İran Azərbaycanın hər yerində İsraili axtarırdı. Lənkəranda da İsrail guya İrana qarşı casusluq fəaliyyəti ilə məşğuldur. Bərgüşad və Amulsara münasibət fonunda Zəngilanda camış fermasına, Lənkərana belə şişirdilmiş münasibət ABŞ-ın diqqətindən yayınmamalı idi. Tarixi qatışmış, eynilə İran kimi şiə Azərbaycana qarşı İranın qaniçən düşmən münasibəti ABŞ-ı belə nəticəyə gətirməli idi. Ermənistanı İrana qarşı iş görmək üçün çox faydalı ərazi hesab etdi və tək casus qurğuları yerləşdirmədi, az keçmiş hərbi iştirakını artırdı, gücləndirdi, iriçaplı etdi. ABŞ hərbçiləri hərbi texnikaları ilə Ermənistanda hər cür təlimlər keçirirlər. İranın fikrincə, Ermənistan rəhbərliyi söz verib ki, ABŞ-ın Ermənistanda keçirdiyi hərbi təlimlərin İrana qorxusu yoxdur və İran da buna inanır:

“Ermənistan ABŞ-ı idarə edə biləcək”.

ER Baş naziri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusudur və İranın ali dini liderinin qəbuluna düşməyə yeganə şansı olan adamdır. 3 dəfə ali dini liderlə görüşüb və ABŞ MKİ-nin N.Paşinyanın İrana birinci səfərindən sonra artıq ağlına gəldi ki, bunu ali dini lideri tədqiq etmək üçün istifadə etmək olar. Sonradan N.Paşinyanın iki dəfə ali dini liderin yanına girərkən üstündə Mərkəzi Kəşfiyyat İdarəsinin ölçmə aparatlarının olması şəksizdir. Sovet dövründə ayıq başlara bəlli idi ki, qoca Brejnevin sidiyinin və nəcisinin analizini götürməkdən ötrü Kremlin kanalizasiya borularında ABŞ MKİ hansı işləri görüb. N.Paşinyan MKİ-nin və Mİ-6-nın rəisi ilə görüşür və İranın ali dini lideri ilə görüşür və MKİ bundan istifadə etmir. Bu qeyri-mümkündür. Ermənistan İranın ona olan hədsiz inamından, bəlkə də platonik məhəbbətindən maraqları üçün istifadə edir. Vaxtilə SSRİ-ni dağıdan ermənilər bu işdən külli miqdarda pul və geosiyasi divident qazandılar. İranı da dağıdarkən külli miqdarda qazanacaqlar. Əlbəttə İranın dinc yolla dağılması tək Ermənistanın gücü daxilində olan deyil. İranın cənub, şimalından və digər qonşularından da 4-5-ni ABŞ buna rahat qoşa bilər. İran son illərdə bir dəfə ABŞ-ın planının mahiyyətindən şübhələndi və dərhal Azərbaycan Respublikasına qarşı düşmənçilik münasibətini dayandırdı. Hətta Azərbaycanı Ermənistanla müharibəyə təhrik etdi. İndi də İran həmin yoldadır. İran XİN-nin rəsmi bəyanatı var. İran-Azərbaycan münasibətləri düzgün istiqamətdədir. Bəyanat verilən günü Xəzər dənizində İran təlim keçirmişdi. Ondan bir az əvvəl M.Pezeşkian İsraili vurmaq əvəzinə Azərbaycanı vurmağı bildirmişdi. SEPAH müxtəlif yönlü bəyanatlar verirdi: Azərbaycan qorxusundan İsrail hərbçilərinin ölkəsində olmadığını inkar edir. İsrailin o vaxt bəyanatı var idi ki, İsrail hərbçiləri Azərbaycan və Gürcüstanı tərk etsinlər. Üstündən bir gün keçmiş SEPAH yenidən məlumat yaydı ki, son iki ildə Azərbaycana gətirilən bütün İsrail silahları geri qaytarılıb. Təbii ki, bu yeni ideya deyil. Bir neçə ay öncə də İran tərəfi “Qəzza müharibəsində İsrailin vəziyyəti çətinləşmişdi və o zaman Azərbaycan İsraildən aldığı silahları İsrailə kömək üçün qaytarıb” - fikrini dövriyyəyə buraxmışdı.

İndi SEPAH-ın belə fikir işlətməsinin məqsədi tamam ayrıdır: Azərbaycanda İsrailin hərbçisi, silahı yoxdur. Azərbaycan SEPAH üçün hərbi hücum subyekti deyil. Azərbaycan istəyirsə rahat Ermənistana qarşı müharibə apara bilər. Təxminən bir neçə ay öncə də belə vəziyyət yaranmışdı. İran bir az da qabağa getdi. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqiri bizim müdafiə naziri Zakir Həsənovla danışdı. Azərbaycanı Ermənistana hücum etməyə təhrik edirdilər, hətta kömək də vəd vermişdilər. Təbii ki, qoşunlarını Araz qırağı sərhəddən çəkəcəkdilər. Azərbaycan o zaman buna razılıq vermədi: Öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq.

Azərbaycan yaxında ABŞ-ın sözü ilə Ermənistanla birlikdə regional təhlükəsizlik kontekstində fəaliyyət göstərə bilər. Regional təhlükəsizlik prizmasından region üçün hazırda ən böyük təhlükə məhz İrandan gəlir. ABŞ Rusiyanı da böyük təhlükə bilir. ABŞ Qafqazın Rusiyanın təsir zonasından çıxmasına hazır deyil. ABŞ Rusiyanın Cənubi Qafqaz daxil olmaqla ümumilikdə Qafqazda mövqeyini sarsıtmaq istəyir. Amma Rusiyanın mövqeyini tamamilə sıradan çıxartmaq fikrində və gücündə deyil. Çünki özü hələ Cənubi Qafqaza gəlib çıxa bilmir. Rusiya da Cənubi Qafqaz üzrə siyasətində yeniliklər edib. V.Putinin yaxında Bakıya ehtimali səfəri zamanı regional təhlükəsizliyin, logistika, kommunikasiyanın yeni arxitekturası qurula bilər. Bu o deməkdir ki, Rusiya Azərbaycanın təhlükəsizliyinə faktiki öz təhlükəsizliyi kimi yanaşır. Çünki Azərbaycanın təhlükəsizliyinə olan zərbə tək Cənubi Qafqaz yox, Qafqazın təhlükəsizliyinə olan zərbədir. Dərbənd şəhəri ilə Azərbaycan arasında logistika mərkəzinin açılması tək iqtisadi deyil, dərin siyasi və geosiyasi məsələdir. V.Putin azərbaycanlı, azərbaycançılığın mahiyyətini bilir və Azərbaycan və Rusiyanın maraqlarına istifadə etmək istəyir.

İranın səhvinin bünövrəsi tək Bərgüşaddan (Vorotan) qoyulmayıb. İranın Ermənistanın müstəqilliyinin 20 illiyində Ermənistana etdiyi yardımın ABŞ-ın yardımı ilə eyni miqdarda - 2 milyard dollar olduğu barədə fikrini biz dövriyyə buraxmışdıq. İran tərəfi dərhal təkzib etdi. Əlbəttə, büdcə öz əlindədir, rəqəmləri istədiyi kimi dəyişə bilər. Amma elə şeylər var ki, təkzib edə bilməz:
I. İran 1994-cü ilin martın 18-də Moskvadan Tehrana uçan təyyarənin Qarabağ səmasında vurulmasını indiyə qədər yaddaşlardan silə bilməz. Martın 18-də Rusiyada İran səfirliyinin əməkdaşları ayrı çarter reysi ilə Tehrana Novruz bayramını qeyd etməyə uçurdular. “Qarabağ Azərbaycandan alındı, ermənilərə verildi”, - deyə ləzzət almaq üçün reysin marşrutunu dəyişirlər ki, ermənilərin əlinə keçmiş Azərbaycan torpağına havadan təbrik göndərsinlər. Azərbaycan torpağını işğal edən erməni isə “Strela” qurğusu ilə o təyyarəni vurdu. İranda hətta o hadisədə ölən 31 vətəndaşı barədə yazı gedə bilməz, salavat çəkilə bilməz. Çünki onu erməni vurub.

II. Tehran-Yerevan təyyarəsi 2015-ci ilin iyununda qəzaya düşdü. Tehran aviaşirkəti sərnişinlərin adını açıqladı. İçərisində Yerevana gələn 10-dan çox İran hərbçisi var idi. Onların hamısı HHM mütəxəssisləri idi - biri general idi. Əksəri Almaniyada HHM sistemi üzrə hazırlıq keçmiş adamlar idi. 2010-cu ildən başlayaraq İran o zaman erməni işğalı altında olan Kəlbəcərdə hərbi baza tikmək istədi. Həm Hava Hücumundan Müdafiə və həm də hava hücumu qurğuları yerləşdirilməli idi. İran üçün hərbi mövzu aktualdır, heç yada salınmır.

III. SEPAH casusluq yuvasıdır.

- Q.Süleymaninin öldürülməsi iddiasını ABŞ-la edirlər. Q.Süleymaninin Bağdad aeroportuna necə girib, çıxacağının koordinatlarını yanında olan SEPAH-çı general ABŞ-a vermişdi.

- Dəməşqdə İran konsulluğuna İsrailə lazım olan general orada olarkən hücum oldu. İsrail əvvəlcədən bilirdi ki, İranın HƏMAS, Hizbullaha və İslami Müqavimət Təşkilatına yardımları məhz bu adam vasitəsilə paylanılır və koordinə olunur. Öldürdü, dəqiq bilirdi ki, həmin şəxs oradadır.

- İranın Kəşfiyyat Nazirliyi, SEPAH İranın daxilində bu qədər İran casusu aşkarlandığı barədə vaxtaşırı məlumat yayır.
- Şahçıraqda terror törətmək istəyənlər İranın sərhədini “su yoluna” çevirmişdi.

- İsfahan zavodunda istehsal olunan raketlərin hədəfə düzgün dəyməməsi barədə məlumat var idi. Bəlli oldu ki, o zavodda raketlərə yerləşdirilən çip İsrail texnologiyası ilə dəyişdirilib və o raketlər heç vaxt hədəfə dəyə bilməz. Təxminən minə yaxın raketi İran sökdü və yenidən çiplərini dəyişməli oldu.

- Pakistan İranın ərazi bütövlünü pozdu. SEPAH Pakistanın ərazisinə endirdiyi raket zərbələrinə İslamabad raket zərbəsi və PUA-larla cavab verdi.

- Haniyənin qətlinin İranın daxilindən və xaricindən edildiyini, hansı silahdan istifadə olunduğunu SEPAH müəyyənləşdirə bilmədi.
- Aprelin 13-də İsrailə İranın atdığı raketlərin effekti İranın daha ağır cinayətə görə İsrailə cavab verə bilməməsidir.

- İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsindən 2 gün keçməmiş SEPAH komandanı Səlaminin hərbi rütbəsi artırıldı, general- leytenant oldu. Nəyin mükafatı idi?!

- Tehranda İran vətəndaşının İsrailin bayrağını gəzdirməsini qoyuruq bir kənara. SEPAH əgər bu işləri bilmirsə, niyə ona bu qədər səlahiyyət verilib. Yox, əgər SEPAH-a tapşırıq verilibsə ki, İsraillə birlikdə əməkdaşlıq et, İranın daxilində, xaricində terror hadisəsi törət, bu artıq ayrı məsələdir. İran və İsrail Haniyanın vasitəçiliyindən eyni dərəcədə narazı idilər. İranın əlavə də narazılığı var idi.
Tək SEPAH-ın belə vəziyyətdə olması və İranın ona dözməsi İranın ABŞ-la əlaqələrə çox ciddi diqqət verdiyinin nümunəsidir və bu əlaqələri də İran Ermənistan üzərindən qurmağa çalışır. ABŞ da öz “qabı” ilə oyuna girdi.

Azərbaycanlı olaraq bilməliyik ki, böyük xalqıq və tariximizin ən aktiv dövrünə yenidən baş vururuq, işimizi də bu istiqamətdə qurmalıyıq. İranın cəmiyyətimizdə müəyyən adamları var. Onlar əgər həqiqi şiədirsə, yalnız şiəlik faktoru ilə bağlıdırsa İrandan tələb etsinlər ki, İran ərazisində şiəliyi dövlət dini elan edən Səfəvilər, yəni Azərbaycanlılar olduğunu rəsmən boynuna alsın.
Ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri, uzun müddət İranın Xİ naziri işləmiş, SSRİ dağılan dövrdə Moskvada Azərbaycanın müstəqilliyini tanımamağa yalvaran Ə.Vilayəti iki il bundan əvvəl o mövzunun üstünü açdı və bununla da Vilayətini “itirdilər”. Məhz o həqiqəti rəsmləşdirdiyinə, mətbuata çıxardığına görə onu itirdilər. İrana qarşı əsas şübhəmiz, mübarizəmizin əsas qayəsi də bundan ibarətdir ki, İran Azərbaycan xalqının, şiələrinin heç bir haqqını yeyə bilməməlidir. - Bu haqları etiraf etməlidirlər. Əlbəttə, bu mövzu dərin mövzudur. Burada İslam inqilabının mahiyyətinə qədər gəlib çatan məsələlər var. İndiki dövr çox vacibdir.

- İran Azərbaycanla münasibətləri normallaşdırmağın konseptual əsaslarını ortalığa qoymalıdır;

- İran Azərbaycanla münasibətləri normallaşdırmağın maddi əsaslarını;

- təhlükəsizlik qarantını ortalığa qoymalıdır. Başqa variant mümkün deyil. İranı indiki çətinliklərdən xilas edə bilən yeganə yol yalnız Azərbaycan Respublikasından və azərbaycanlılardan keçir. İranı hətta ABŞ sanksiyalarını götürüb, azad bazar iqtisadiyyatı sisteminə qoşsalar, bu İranın 6-7 ay ərzində çökməsi, hətta dağılması anlamındadır. İran tədricən dünya iqtisadiyyatına Azərbaycan Respublikasının vasitəsilə qoşulmalıdır.

H.Ruhaninin dövründə Xəzər dənizində iki yataqla bağlı müqavilə imzalanıb. Azərbaycanın qaz kəmərindən İran aşkar şəkildə istifadə etməlidir. Türkmənistandan qazı alır, İran öz ərazisinə, sonra Naxçıvan vasitəsilə Türkiyəyə qoşulur və oradan nəhayət yenə Türkiyədə gedib TAP (Azərbaycan) kəməri ilə Avropaya çıxartmaq istəyir. Bunu edincə İran rahat qazını Azərbaycana verə bilər. Azərbaycan dövləti ildə 12-13 milyard m3 qaz istehlak edir. Biz bu qədər qazı İrandan alıb, daxilimizdə istehlak edə bilərdik. Əvəzində də qazımızı Avropa qiymətinə satıb, 5-10 dollar fərqlə pulu İrana verə bilərdik. Bəlkə də 20 ildir belə variant ortalıqdadır. İranın anti-Azərbaycançılığı buna imkan verməyib.

İranın Ermənistanın qabağında 2500-3000-5000 min illik tarixini yerə vurmasının səbəbi anti-azərbaycançılığıdır. Erməniləri Azərbaycan xalqının, dövlətinin qatilinə çevirmək istəyir. Allahın köməyi ilə ermənilər İran dövlətinin qatilinə çevrildi. Ermənistanın İran üzrə planları tam aydındır. İran Ermənistanı işğal etməzdən əvvəl Ermənistan İran ərazisində Urmiyaya qədər xeyli əraziyə iddialıdır. M.Əhmədnecadın xeyir-duası ilə Vatikandan Ermənistan vasitəsilə İran gələn ekspert qrupu da həmin ərazilərin xristianlara, ermənilərə məxsusluğunu təsdiq etdilər və ermənilər istənilən anda o əraziləri özlərinə götürə bilərlər.

Azərbaycan xalqını hədəfə çevirmək, məhv etmək istəyən İran, xüsusilə onun SEPAH-ı dağılmaq, zəifləmək və hətta məhv olmaq qarşısındadır.



Şərhlər

Yaz...