Tarix: 07.10.2024 / 18:30
Anti-Azərbaycan mövqeli siyasətçi vali    təyin edildi

Anti-Azərbaycan mövqeli siyasətçi vali təyin edildi

Aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluğuna hava zərbəsi və 7 SEPAH zabitinin öldürülməsinə cavab olaraq Azərbaycana zərbə endirməyə çağıran keçmiş millət vəkili Calal Rəşidi Kuçiyə yüksək vəzifə verilib.

Diaspora.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Məsud Pezeşkian hökuməti anti-Azərbaycan mövqeyi ilə seçilən siyasətçini Fars əyalətinin valisi təyin edib.

Pezeşkian hökumətinin Kuçiyə yüksək vəzifə verməsi yerli sosial media platformalarında güney azərbaycanlıların etirazları ilə qarşılaşıb.

Qeyd edək ki, Calal Rəşidi Kuçi İran mediasıda Azərbaycan Respublikasına qarşı çıxışları ilə tanınır.



Şərhlər

Yaz...