Tarix: 26.04.2024 / 13:39
Antalyadakı 2 diasporun heç birinə dəstək göstərilmir  - Diaspor fəalı

Antalyadakı 2 diasporun heç birinə dəstək göstərilmir - Diaspor fəalı

“Antalyada fəaliyyət göstərən Azərbaycan diasporu fəaldır. Burada Azərbaycan diasporu layiqli şəkildə ölkəmizi təmsil etmək üçün əlindən gələni edir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Antalyada Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin üzvü Azad Babayev deyib.

O bildirib ki, Antalyada Xocalı soyqırımı, I və II Qarabağ müharibəsi ilə əlaqədar tədbirlər həyata keçiriblər:

“Azərbaycan diasporu erməni, yəhudi diasporundan örnək almalıdır. Antalyada 2 dərnək var. Lakin heç birinə maddı dəstək göstərilmir. Fikrimcə, Diasporla İş üzrə Dövlət Komitəsi burada yaşayan azərbaycanlılarıən ildə ən azı bir dəfə də olsa bir yerə toplamalıdır. Onlar bizim layihələrimiz haqqında maraqlanmalı, düşüncələrimizi dinləməlidirlər. Qardaş ölkə olduğumuz üçün çiyin-çiyinə verib çalışmağımız lazımdır”.

Xəyalə Zöhrab

Şərhlər

Azer İsmayil

Salam Diaspora tv yönetimi ve bu Məqaləni yazan Xəyalə xanım . Mən Azər İsmayil . Antalya Azerbaycan Kültür ve Dayanışma Derneği kurucusu ve Başkanı. Azerbaycan Cumhuriyeti Devlet Diaspora Komitesi 2012. İlden bu güne kadar Fəaliyyət Göstərən Dərnəyimize Gerektiyi zaman maddi Ve Manevi Dəstəyini esirgememiştir . Biz Azerbaycan Kültür ve Dayanışma Derneği olarak Türkiyə Azerbaycan dernekler Federasyonu uyesiyiz və Gerektiyi Zaman Federasyon bizə her turlu desteyi vermektedir .

06.05.2024 / 15:39

Yaz...