Tarix: 07.06.2024 / 18:36
Ancaq varlılar üçündür vətəndaşlıq,   oturum almaq haqqı?

Ancaq varlılar üçündür vətəndaşlıq, oturum almaq haqqı?

“Vətəndaşlıq, miqrasiya məsələləri nizama salınmalıdır”.

Diaspora.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, təxminən 3 milyon adam Azərbaycandan kənarda yaşayır:

“Onlar qayıdıb Azərbaycanda vətəndaşlıq ala bilmir. Ailəsi burdadır, amma o adamlar qayıdıb, vətəndaşlıq almaqda problemlə üzləşir. 30 il əvvəl Azərbaycana köçmüş Ahıska türkləri vətəndaşlıq ala bilmir. Bəzən özümüz öz torpağımızda vətəndaşlıq ala bilmirik. Söhbət kənardan gələnlərdən, miqrantlardan getmir. Biz hər şeyi ümumiləşdiririk. Yaxud başqa ölkədən miqrant gəlir, bizdən biriylə evlənmək istəyir, sevir, amma oturum, vətəndaşlıq ala bilmir. Ancaq varlılar üçündür vətəndaşlıq, burda oturum almaq haqqı? Bu, gəlişi gözəl məsələlər deyil. O qədər xoşbəxt nikahlar var, onları görməzdən gəlmək olmaz. Qanunda hökmən bütün prinsiplər nəzərə alınaraq qəbul olunmalıdır. Deyirlər miqrantlar problem yaradır. Axı hər miqranta eyni gözlə baxmaq olmaz”.

Şərhlər

Yaz...