“Avroviziya” təmsilçilərimizdən olan Fərid Məmmədov illər sonra sənətə qayıdıb.
Diaspora.TV xəbər verir ki, Amerikada yaşayan soydaşımız Fərid “All I ask” adlı mahnı oxuyub. O, yeni işini sosial şəbəkə hesabında paylaşıb.
Fərid bildirib ki, mahnı bütün dijital platformalarda yayımlanıb.
Qeyd edək ki, F.Məmmədov 2013-cü ildə “Avroviziya” mahnı müsabiqəsində ikinci yeri tutmuşdu.