Müğənni Nura Surinin oğlu Xosrov Səttarov Amerikada kikboksinq üzrə dünya çempionu olub.
Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlıları Media Platforması məlumat yayıb.
O, "World Association Kickboxing Organization" yarışmasında rəqibinə qalib gələrək bayrağımızı qaldırıb.
Qeyd edək ki, Xosrov uzun illərdir ABŞ-də yaşayır.