Tarix: 27 Sentyabr 2024 15:50 | Baxış sayı: 408
Amerikada yaşayan azərbaycanlı musiqiçi    yenidən İslamı qəbul etdi

Amerikada yaşayan azərbaycanlı musiqiçi yenidən İslamı qəbul etdi

Amerikada yaşayan azərbaycanlı musiqiçi Rauf Kingsley yenidən İslam dinini qəbul edib.

Diaspora.TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib:

“Tək və bir olan Allahdan başqa məbud yoxdur! İllərdir kənardan nə qədər xoşbəxt görünsəm də, əslində, içimdə həmişə bir boşluq olub və mən onu doldurmağa çalışmışam. İnsanın sahib olduğu heç nə o boşluğu doldurmur. Dünya malı dünya malı olaraq qalır. Amma qəlbin Allah sevgisi ilə dolmağı insanı əbədi xoşbəxtliyə qovuşdurur. İnsan rahatlığını tapır. Bu dünyada sadəcə bir qonaq olduğunun fərqinə varır… Çox şükür, Allah məni yenidən İslam dininə geri gətirdi. Bədənim sanki itmiş ruhunu yenidən tapıb. Mən susub heç nə deməsəm belə, qəlbim, ruhum, bədənim sanki bayram edir və bu qələbəni qeyd edir. Ən uca və ən əzəmətli varlıq Odur!”


Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?