Tarix: 17.08.2024 / 13:55
Amerikada yaşayan Qənirə Ataşovanın səhhətində problem yaranıb   - FOTO

Amerikada yaşayan Qənirə Ataşovanın səhhətində problem yaranıb - FOTO

Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın səhhətində problem yaranıb.

Diaspora.TV xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.

Q.Ataşova qeyd edib ki, Vertiqodan (başgicəllənmə) əziyyət çəkir.

"Üç gündür Vertiqo məni darmadağın edib. Son bir ayda dördüncü dəfə baş qaldırdı. Müalicə və baş hərəkətlərini edirəm, amma hələ də faydası yoxdur", - deyə jurnalist bildirib.



Qeyd edək ki, Q.Ataşova 2017-ci ildə təhsil almaq üçün ABŞ-yə köçüb və 2019-cu ilin sonunda orada "Qrin kard" əldə edib.

2020-ci ildən Gunaz TV-nin Vaşinqton nümayəndəliyində çalışıb. Paytaxt Vaşinqtonda yerləşən "Bay Atlantic University"də MBA təhsilini tamamlayaraq İnformasiya Texnologiyaları sahəsində işə başlayıb.

Hazırda IT şirkətlərdən birində kompüter mühəndisi kimi çalışır.


Şərhlər

Yaz...